Vergi yoxlamasının 3 təqvim ilini əhatə etməsində incə məqam
Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi yoxlamasının müddəti isə vergi hesabatının dövriliyinə görə fərqlənir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinin birinci abzasına əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Maddədən göründüyü kimi, illik bəyannamə ilə təqdim edilən vergilər - mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə son 3 təqvim ili əsas götürülür.
Mİsal 1. Vergi orqanı 2020-ci ilin oktyabrında mənfəət (gəlir) vergisi ödəyicisində vergi yoxlamasına başlayır. Bu halda vergi orqanı tərəfindən təkcə 2020-ci il yox, təqvim ilindən öncəki 3 il (2019, 2018 və 2017-ci illər) üçün mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə göstəricilər də yoxlanıla bilər. Qeyd edək ki, yoxlamanın əhatə edəcəyi müddət səyyar vergi yoxlaması keçirilməsi ilə bağlı qərarda qeyd edilir.
Mİsal 2. Vergi ödəyicisində 2021-ci ilin fevral ayında vergi yoxlamasına başlanılıb. Bu halda vergi ödəyicisinin 3 illik dövründə 2020-ci il əsas götürülməyəck. Çünki, mənfəət (gəlir), əmlak və torpaq vergiləri üzrə hesabat dövrü 2021-ci ilin 31 mart tarixinə kimidir. O səbəbdən də, vergi orqanı öncəki 3 il (2019, 2018 və 2017-ci illər) üçün mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə göstəricilərin yoxlanılmasını həyata keçirə bilər.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın