Vergi Məcəlləsinin 58.1-ci maddəsinin 3 misalla izahı
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Mİsal 7. Vergi ödəyicisi 2019-cı ilin birinci rübü üzrə 2000 manat məbləğində sadələşdirilmiş vergi bəyan edib. 2020-ci ilin oktyabr ayında vergi ödəyicisi müəyyən edir ki, 2019-cu ilin birinci rübü üzrə sadələşdirilmiş vergi məbləği 2000 manat yox, 2800 manat olmalı imiş. Vergi ödəyicisi 2019-cı ilin birinci rübü üzrə dəqiqləşdirilmiş bəyannamə verməklə 800 manat məbləğində vergini bərpa edir. Bu zaman vergi ödəyicisi vergi məbləğini dəqiqləşdirilmiş bəyannamə ilə özü bəyan etdiyi üçün Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq dəqiqləşdirilən 800 manat məbləğində verginin 50 faizi miqdarında maliyyə sanksiyası hesablanmır, amma Vergi Məcəlləsini 59.1-ci maddəsinə uyğun faiz hesablanır.
Mİsal 8. Vergi orqanı səyyar vergi yoxlaması zamanı mənfəət (gəlir) vergisi bəyannaməsini yoxlayarkən müəyyən edir ki, gəlirdən çıxılmasına icazə verilməyən 3000 manat məbləğində xərcin gəlirdən çıxılması həyata keçirilib. Nəticədə 600 manat (3000 manat x 20 faiz) manat məbləğində mənfəət (gəlir) vergisi Mənfəət (gəlir) vergi bəyannaməsində düzgün qeyd edilməyib. Bu zaman vergi ödəyicisinə 300 manat (600 manat x 50 faiz) məbləğində maliyyə sanksiyası və faiz hesablanması tətbiq ediləcək.
Mİsal 9. Vergi orqanı səyyar vergi yoxlaması zamanı müəyyən edir ki, əvəzləşdirilən 420 manat məbləğində əlavə dəyər vergisi məbləği əvəzləşdirilməyə icazə verilən tələblərə uyğun deyil. Bu zaman vergi orqanı həmin dövr üzrə əlavə dəyər vergisini 420 manat artırmaqla, vergi ödəyicisinə əlavə olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 210 manat (420 manat x 50 faiz) məbləğində maliyyə sanksiyası və faiz hesablayacaq.
2021-ci ilin mart ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın