Nağd hesablaşmalarla bağlı qayda hansı vergi ödəyicilərinə şamil olunmur?

Nağd hesablaşmalarla bağlı qayda hansı vergi ödəyicilərinə şamil olunmur?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” bütün vergi ödəyicilərinə şamil olunmur. İstisna tətbiq olunan qurumlar Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və kredit təşkilatlarıdır.

Mərkəzi Bankın 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilən və Ədliyyə Nazirliyində 29 aprel 2020-ci il tarixdə qeydiyyata alınan “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” qaydaları kredit təşkilatlarında  kassa  əməliyyatlarının aparılması formasını (şərtləri, tələbləri və sair) müəyyənləşdirir.

Mİsal. Kredit təşkilatı olan vergi ödəyicisi “Paramvar” bankı nağd əməliyyatların aparılması ilə bağlı “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın yox, “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili”  qaydasının tələblərini əsas götürəcək.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər