Təhsil haqqlarının nağd qaydada ödənilməsi ilə bağlı maliyyə sanksiyasının izahı

Təhsil haqqlarının nağd qaydada ödənilməsi ilə bağlı maliyyə sanksiyasının izahı

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissəsinin izahı” kitabından seçmə

- həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə (Maddə 58.7-1.7.)

“Nağdsız hesablaşmalar haqqında” AR Qanununa əsasən, təhsil haqları yalnız nağdsız şəkildə ödənilməlidir.

“Təhsil haqqında” AR Qanununa əsasən, təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Fikrimizcə, “Nağdsız hesablaşmalar haqqında” AR Qanununda təhsil haqları dedikdə, sırf təhsil müəssisələrinə ödənilən vəsaitlər nəzərdə tutulur.

Mİsal.  Azərbaycan Dövlət İqtisad Universtiteti (ali məktəb) və ya Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi MMC (özəl tipli ümumi təhsil müəssisəsi) müvafiq olaraq tələbə və ya şagirdlərdən illik təhsil haqlarını nağd formada qəbul edə bilməz. Əks halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edək, “Təhsil haqqında” AR Qanununa 14.5-ci maddəsinə əsasən, təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:

-  məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 

-  ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli ümumi təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, inteqrasiya təlimli internat tipli gimnaziyalar, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr); 

- məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.);

-  peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri);

- orta ixtisas təhsili müəssisələri (kolleclər);

- ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);

- əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);

- təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.).

Yuxarıda adları qeyd edilən təhsil müəssislərinə təhsil haqları mütləq nağdsız qaydada ödənilməlidir.

Mİsal. Özəl hazırlıq kursları və ya özəl bağçalar müştərilərdən ödənişləri nağd qəbul edib. Qeyd edilən qurumlar təhsil müəssisəsi hesab edilmədiyindən onlara ödənilən məbləğlər də təhsil haqqı kimi qəbul olunmur. Bu səbəbdən həmin vergi ödəyicilərinin ödənişləri nağd şəkildə qəbul etməsi vergi qanunvericiliyinin pozulması hesab olunmur.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər