ƏDV ödənişləri bağlı maliyyə sanksiyaası tətbiq edilən 56.6-ci maddəsinin izahı
Satışına start verilən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" kitabından seçmə
Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Bu maddə də ƏDV ödənişlərinin tənzimlənməsi ilə bağlıdır. Vergi Məcələsinin 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.
Mİsal 1.. Vergi ödəyicisi 24 noyabr 2020-ci il tarixdə ona təqdim edilən mallara görə 23 600 manat vəsaiti qarşı tərəfə ödəməlidir. Həmin malın dəyəri 20 000 manat olduğu üçün 3600 manat (20 000 manat x 18 faiz) məbləğində ƏDV qarşı tərəfə ödənilir. Əgər vergi ödəyicisi malların dəyərini - 20 000 manatı 25 noyabr tarixində, 3600 manatı isə 26 noyabr tarixində ödəyərsə, bu halda vergi ödəyicisinə gec ödənilən ƏDV məbləğinə görə 1800 manat (3600 x 50 faiz) məbləğində maliyyə sanksiyası hesablanacaq.
Mİsal 2..ƏDV ödəyicisi qarşı tərəfdən ƏDV daxil 1180 manatlıq xidmət alır. Vergi ödəyicisi 25 oktyabr tarixində həmin məbləği ƏDV daxil olmaqla tam şəkildə vergi ödəyicisinin hesablaşma hesabına ödəyir. Vergi ödəyicisi 180 manatlıq ƏDV məbləğini qarşı tərəfin depozit hesabına ödəməsə belə, ona Vergi Məcəlləsinin 58.6-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunmayacaq. Amma ƏDV məbləği ƏDV depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi bu məbləği əvəzləşdirmək hüququna malik olmayacaq.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın