Vergi ödəyicisinin uçotu ilə bağlı olan 34.3-cü maddəsinin izahı

Vergi ödəyicisinin uçotu ilə bağlı olan 34.3-cü maddəsinin izahı

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı”  kitabınan seçmə

Uçota alınan vergi ödəyicisinin yaşadığı ünvan dəyişdikdə vergi orqanına yenidən ərizə ilə müraciət etməlidir. Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Mİsal 1. Şuşa şəhərində anadan olan vergi ödəyicisi Bakı şəhərində yaşadığından vergi uçotuna həmin ərazidə qeydə alınıb. Vergi ödəyicisi 1 yanvar 2021-ci ildən vətəni Şuşaya qayıdıb orda yaşadığına görə vergi orqanına bu dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi orqanı ərizə əsasında həmin vergi ödəyicisinin yenidən uçotunu həyata keçiriəcək.

Mİsal 2. Vergi ödəyicisi 35 yaşının tamam olması və ya soyadının dəyişməsi səbəbindən şəxsiyyət vəsiqəsini yeniləyib. Bu zaman vergi ödəyicisi dəyişikliyin baş verdiyi tarixdən 40 gün ərzində vergi orqanına müraciət etməlidir. Mümkündür ki, vergi orqanı dövlət qurumları ilə elektron mübadilədə olduğundan şəxsiyyət vəsiqəsi üzrə avtomatik yenilənmə həyata keçirilsin. Amma vergi qanunvericiliyi bütün hallarda vergi ödəyicicinin ərizə formasında dəyişikliklər haqqında məlumat verməsini tələb edir.

Qeyd edək ki,  Vergi Məcəlləsinin 58.2.-ci maddəsinə əsasən, uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə,  vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər