Maliyyə sanksiyası ilə bağlı olan Vergi Məcəlləsinin 58.2-ci maddəsinin izahı

Maliyyə sanksiyası ilə bağlı olan Vergi Məcəlləsinin 58.2-ci maddəsinin izahı

Satışına start verilən “Vergi Məcəlləsi.Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer  barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

….

Mİsal 4. Vətəndaş öz evini başqa bir vətəndaşa kirayə verir. Kirayə fəaliyyəti qeyri-sahibkarlıq fəaliyyəti hesab olunmasına baxmayaraq kirayə verən şəxs vergi uçotuna alınmalıdır. Əks halda vergi orqanı tərəfindən ona Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası hesablanacaq.

Mİsal 5. Vergi ödəyicisi olan hüquqi şəxsin filialı və ya təsərrüfat obyekti uçota alınmayıb. Vergi nəzarəti tədbirləri zamanı bu hal aşkarlanarsa, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 6. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, vergi ödəyicisinin Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən iki obyekti uçota alınmayıb. Bu halda artıq vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq 80 manat (40 manat x 2) məbləğində maliyyə sanksiyası hesablanacaq.

Mİsal 7. Vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı ünvan dəyişsə də, bu haqda  vergi orqanına 40 gün müddətində məlumat verməyib. Bu halda vergi orqanı vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər