Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər icbari tibbi sığorta haqqını necə ödəyəcək?
Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
“Tibbi siğorta” haqqında AR Qanununun 15-10.1.4-cü maddəsinə əsasən, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə icbari tibbi sığorta haqqı gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında nəzərdə tutulur.
Mİsal 1. Vergi ödəyicisi fərdi sahibkar olmayan (VÖEN-siz) şəxslə 2000 manatlıq xidmət müqaviləsi bağlayıb. Vergi ödəyicisi xidmət müqaviləsi üzrə icbari ödənişləri hesablayarkən 40 manat (2000 manat x 2 faiz) icbari tibbi sığorta haqqı hesablayıb ödəməlidir.
Mİsal 2. Vergi ödəyicisi olan hüquqi və ya fiziki şəxs vergi ödəyicisi olmayan şəxslə 8500 manatlıq xidmət müqaviləsi imzalayıb. Vergi ödəyicisi xidmət müqaviləsi üzrə icbari ödənişləri hesablayarkən 165 manat ((8000 manat x 2 faiz) + (8500 manat – 8000 manat) x 1 faiz)) icbari tibbi sığorta haqqı hesablayıb ödəməlidir.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın