Səyyar vergi yoxlamasında müddət məsələsi necə tənzimlənir? (3 MİSALLA İZAH)
Satışına start verilən “Vergi Məcəlləsi: Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 38.2-ci maddəsinin ikinci abzasında qeyd edilir ki, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir.
Maddə növbəti səyyar vergi yoxlamasının keçirilmə müddətini tənzimləyir ki, vergi orqanı il ərzində ən çoxu bir dəfə növbəti səyyar vergi yoxlaması keçirə bilsin.
Mİsal 1. Vergi orqanı 1 iyul 2020-ci il tarixdə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması həyata keçirib. Vergi ödəyicisində növbəti səyyar vergi yoxlamasi həmin təqvim ilində həyata keçirilə bilməz.
Mİsal 2. Vergi orqanı 1 sentyabr 2020-ci il tarixdə növbəti səyyar vergi yoxlaması həyata keçirib. 1 may 2021-ci il tarixdə növbəti səyyar vergi yoxlamasının keçirilməsində hər hansı qanun pozuntusu yoxdur, baxmayaraq ki, son yoxlama müddətindən bir il keçməyib. Cünki Vergi Məcəlləsinin 38.2-ci maddəsində təqvim ili (1 yanvar – 31 dekabr) nəzərdə tutulduğundan növbəti səyyar vergi yoxlaması bir ildən daha tez həyata keçirilə bilər.
Mİsal 3. Vergi orqanı 1 aprel 2020-ci il tarixdə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması həyata keçirsə də, 15 sentyabr 2020-ci il tarixdə növbədənkənar vergi yoxlaması həyata keçirmək haqqında qərar verib. Hər iki yoxlamanın bir təqvim ilinə təsadüf etməsinə baxmayaraq burada da qanun pozuntusu yoxdur. Çünki ikinci səyyar vergi yoxlamasının növü növbəti yox, növbədənkənardır. Vergi Məcəlləsində növbədənkənar vergi yoxlamasının keçirilmə halları müəyyənləşdirilsə də, keçirlmə müddəti ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirilməyib.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın