Qeyri-rezident üzrə ƏDV hesablanması necə müəyyən olunacaq?
Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə
Əvvəllər həmkarlarımız arasında qeyri-rezident tərəfindən göstərilən xidmətlər üzrə ƏDV-nin hesablanması ilə bağlı fikir ayrılıqları mövcud idi. Bəzi vergi ödəyiciləri hesab edirdilər ki, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV yalnız ödəniş edildiyi ay üçün bəyan edilməlidir. Onların əsaslandırması belə idi ki, qeyri-rezidentə ödəniş olunarkən ödəmə mənbəyində vergi nəzərə alınmaqla ƏDV hesablanmalıdır. Ancaq vergi orqanı tələb edirdi ki, qeyri-rezident tərəfindən göstərilən xidmətlər əməliyyatın həyata keçirildiyi ayda ƏDV bəyannaməsində bəyan edilməli, hesablanmış vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.
1 yanvar 2020-ci il tarixdə Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, bu məsələyə nöqtə qoyuldu. 169.3-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verildi:
“Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.”
Mİsal 1. 1 yanvar 2020-ci ilə qədər qayda belə idi: “A” MMC 2019-cu ilin noyabr ayında qeyri-rezidentdən 20 000 manatlıq xidmət almasına baxmayaraq, 2019-cu ilin dekabr ayında ödəniş edərdisə, o zaman ƏDV-ni xidməti aldığı dövrdə, yəni noyabr ayında bəyan etməli idi. 1 yanvar 2020-ci il tarixdən isə, ödəmənin həyata keçirildiyi dövr əsas götürülür.
Mİsal 2. Vergi ödəyicisi 2020-ci ilin mart ayında 30 000 manatlıq xidmət əldə edib. Amma ödənişin həyata keçirilməsi 2020-ci ilin may ayında baş verib. Bu zaman vergi ödəyicisi həmin xidmət üzrə ƏDV-ni ödənişin həyata keçirildiyi dövrdə, yəni may ayında bəyan etməlidir.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın