Sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirən vergi ödəyicisinin mənfəət vergisinə keçidi necə tənzimlənir?

Sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirən vergi ödəyicisinin mənfəət vergisinə keçidi necə tənzimlənir?

“Vergi uçotu: A-dan Z-yə”(III nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, Vergi Məcəlləsinin 218.6.1-ci və 218.6.2-ci maddələrinə uyğun olaraq pərakəndə satış və xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirməsidir.

Mİsal 1.  Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin 2020-ci ilin 3-cü rübünün göstəricilərinə əsasən, VÖEN-li şəxslərə göstərdiyi xidmətlərin dəyəri 30 000 manat olduğu halda, bütün əməliyyatlar üzrə cəmi məbləğ 60 000 manat olub. Göründüyü kimi, vergi ödəyicisinin xidmət üzrə fəaliyyətlərinin xüsusi çəkisi 50 faiz olub. Bu halda vergi ödəyicisi Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə uyğun olaraq, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir.

Vergi ödəyicisi həmin rübün əvvəlindən sadələşdirlmiş vergi ödəyicisi olmur, mənfəət vergisi mükəlləfiyyətinə keçir. Bu halda vergi ödəyicisi aşağıdakı bəyannamələri təqdim etməlidir:

- 2020-ci ilin ilk iki rüb üzrə Sadələşdirilmiş vergi bəyannaməsi

 

- Vergi ödəyicisi ikinci rübü üzrə bəyannamə verilərkən, 1 saylı əlavəni də dolduraraq təqdim etməlidir.

- 2020-ci ilin son iki rübünü əhatə edəcək Mənfəət vergisi bəyannaməsi

- Vergi ödəyicisi 1 iyul – 31 dekabr 2020-ci il tarixlərini əhatə edən mənfəət vergisi bəyannamələrini hazırlamalıdır.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. mikayl 04 Fevral 2021

    burda bir qarisiq mesele vrki,VM deyilirki kim ilin evelinden hansi vergi metodunu tətbiq edibsa ilin axrina kimi onu deyismek hüququ yokdur.bes onda neca ilin ortasi sade vergiden menfeet vergi odeyigisi olur.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər