YENİ QAYDA: Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

YENİ QAYDA: Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

26 yanvar 2021-ci il tarixindən satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın 2.9-cu maddəsinə əsasən, fərdi sahibkar bank hesabından nağd qaydada çıxarılan pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, əvvəlcə həmin pul vəsaiti sahibkarın kassasına mədaxil edilir və pul vəsaitlərinin təsərrüfat əməliyyatlarından kənar fəaliyyəti üçün götürülməsi ilə bağlı kassa məxaric orderi tərtib edilir.

Misal.  Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bank hesabına 12 000 manat vəsait daxil olub. Vergi ödəyicisi həmin vəsaiti bank hesabından nağdlaşdırır və ya karta köçürür. Bu halda vergi ödəyicisi həmin məbləği kassa mədaxil orderi yazmaqla mədaxil etməlidir. Həmin vəsaiti şəxsi istehlak məqsədi ilə istifadə etdikdə isə kassa məxaric orderi yazmalıdır. Əks halda vergi orqanı tərəfindən vergi ödəyicisinə  pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə, 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər