Sadələşdirilmiş vergi ödəyicisinin pandemiya görə dövlətdən aldığı maddi yardımlar vergiyə cəlb olunur?
Növbəti həftədən satışda olacaq "Vergi uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə
Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, fərdi sahibkarlın pandemiya görə aldığı maliyyə yardımların sadələşdirilmiş vergiyə cəlb edilməsidir. 2020-ci ildə sadələşdirlmiş vergi ödəyiciləri üçün dövlət tərəfindən həyata keçirilən maddi dəstək aşağıdakı şəkildə olub:
- Hüquqi və fiziki şəxslərin muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi;
- Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi.
Misal. Sadələşdirilmiş vergi ödəyicisi (hüquqi və ya fiziki şəxs) olan 2020-ci ildə dövlətdən 30 000 manat məbləğdə işçilərin əməkhaqqının ödənilməsi ilə maddi yardım alıb. Bu zaman vergi ödəyicisi həmin maddi dəstəyi satışdankənar gəlir kimi tanıyaraq sadələşdirilmiş vergiyə cəlb edərək bəyannamədə aşağıdakı qaydada əks etdirəcək:
Bəyannamədən göründüyü vergi ödəyicisi dövlətdən alınan maddi yardımı satışdankənar gəliri kimi qiymətləndirək 804 və 804.1-ci sətrlərdə qeyd edirik. Qeyd edək ki, sadələşdirilmiş vergi ödəyicisi olan fərdi (mikro) sahibkarların əldə etdiyi maddi yardıma yanaşma da eyni qaydada olacaq və bəyanammədə də eyni sətirlərdə qeyd ediləcək. Fikrimizcə, mənfəət vergi ödəyicisi əmək haqqı üzrə əldə ediyi maddi dəstək həm də xərc kimi nəzərə aldığı üçün əlavə vergi öhdəliyi yaratmasa, sadələşdirilmiş vergi ödəyiciləri üçün həmin maddi dəstək məbləği üzrə verginin tələb edilməsi mübahisə obyekti ola bilər. Həmçinin də gəlir vergisi olan fiziki şəxslər həmin maddi yardımdan azad edilsə də, sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkarlar 1 faiz dərəcə ilə sadələşdirilmiş vergini hesablayıb, dövlət büdcəsinə ödəməlidirlər.
2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
0 Komment
Şərh yazın