Hansı ödənişlər təmir xərcləri kimi nəzərə alınmalıdır?

Hansı ödənişlər təmir xərcləri kimi nəzərə alınmalıdır?

Növbəti həftədən satışda olacaq "Vergi uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əsas vəsaitlərin amortizasiyası kimi təmir xərcləri də məhdudlaşdırılan xərclərə aid edilir. Təmir xərclərinin normaları ilə bağlı “Əsas vəsaitlər” bölməsində ətraflı məlumat verildiyindən bu bölmədə sırf təmir xərclərinin bəyannamədə nəzərə alınmasına toxunulacaq.

Təmir xərcləri ilə bağlı diqqət çəkən  3 məqam var.

Birincisi, hansı xərclərin əsas vəsaitlərin təmiri xərclərinə aid edilməsidir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”a əsasən, cari təmir məsrəfləri dedikdə, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər nəzərdə tutulur.

Misal üçün, maşının yağının və ya təkərinin dəyişdirilməsi təmir xərci kimi qəbul edilir. Amma vergi ödəyicisi maşının texniki göstəricilərinə əsasən, 5000 kilometrdə bir dəfə yağ dəyişdirilməli olduğu halda, hər 2000 kilometrdə yağı dəyişsə, vergi orqanı tərəfindən təmir xərcləri ilə bağlı fərqli yanaşma tətbiq edilə bilər. Sonda bildirirk ki, əsas vəsaitlər üzrə təmir xərcləri müəyyən edilərkən, onun texniki və iqtisadi göstəriciləri üçün müəyyənləşdirilmiş hədlər gözlənilməlidir.

....

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
 
Kitabı sifarış üçün əlaqə vasitələri: (050)368-12-72, 012-564-86-85 və ya [email protected]
 
 
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər