Xidmət müqaviləsi ilə çalışan vətəndaşa 200 manatlıq güzəşt tətbiq olunur?
Satışı bitən "Vergi uçotu:A-dan Z-yə" kitabından seçmə
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat məbləğində, illik gəliri 30 000 manatadək olduqda 2 400 manat məbləğində gəlir vergisindən azaddır.
Misal. “A” MMC təmir xidməti üçün 500 manatlıq ödəniş hesablayıb. Vergi ödəyicisi ödəmə mənbəyində 14 faiz vergi hesablayarkən, həmin məbləğə Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, güzəşt tətbiq edə bilməz. Çünki 102.1.6-cı maddənin güzəşti sırf əmək fəaliyyəti ilə bağlı əsas iş yerində çalışanlara şamil olunur.
Bundan əlavə, Vergi Məcəlləsinin 102.2, 102.3, 102.4 və 102.5-ci maddələri ilə müəyyən edilən xüsusi kateqoriyalar (məcburi köçkün, müharibə veteranı, I və II qrup əlil və s.) üçün güzəştlər də xidmət müqaviləsi zamanı nəzərə alınmır.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın