Vergi orqanı hansı halda fəaliyyət kodunun dəyişdirilməsi müraciətinə İMTİNA cavabı verir?
Sərt karantin rejimin tətbiqi ilə əlaqədar olaraq, www.icaze.e-gov.az portalından icazə alınması son dövrlər vergi ödəyicilərinin o cümlədən, mühasib həmkarlarımızın gündəlik iş fəaliyyətinin əsas hissəsidir. Onlayn satış həyata keçirən vergi ödəyiciləri fəaliyyət kodlarının dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət edirlər. Bəzi hallarda vergi orqanı vergi ödəyicisiniə fəaliyyəti kodunun dəyişdirilməsi ilə bağlı müraciətinə imtina cavabı verir: "Tərəfinizdən fəaliyyət növünə dəyişiklik edilməsi ilə əlaqədar təqdim edilmiş ərizə vergi orqanı tərəfindən araşdırılmışdır. Vergi orqanında qeydiyyat zamanı qeyd etdiyiniz fəaliyyət növünüzlə təqdim etdiyiniz ərizədə qeyd etdiyiniz fəaliyyət növünüz arasında uyğunsuzluq yarandığından ərizənin icrasına imtina verilmişdır."
Cavabdan göründüyü kimi, vergi ödəyicisinin əsas fəaliyyət kodu onlayn çatdırılmaya uyğun olmaması səbəbindən imtinaların cavabı daxil edilir. Bu halda vergi orqanı ilk növbədə əsas fəaliyyətini onlayn catdırmağa uyğun seçməlidir. Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısında onlayn çatdırılma aşağldakı fəaliyyətlər üzrə icazə verilir:
5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın