Xidmət müqaviləsi ilə işə cəlb olunan vətəndaşa əmək kitabçası açılmalı və dövlət sosial sığorta şəhadətnaməsi alınmalıdır?

Xidmət müqaviləsi ilə işə cəlb olunan vətəndaşa əmək kitabçası açılmalı və dövlət sosial sığorta şəhadətnaməsi alınmalıdır?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Vergi ödəyicisi tərəfindən vergi uçotunda olmayan şəxslə müqavilə bağladıqda əmək kitabçası açılması qanunvericiliklə nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq olunan “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. O səbəbdən xidmət müqaviləsi bağlanılması zamanı əmək kitabçasının tətbiqinə ehtiyac yaranmır.

Amma “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun 7.7.3-cü maddəsinə əsasən, dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslərlə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda, bir ay müddətində həmin şəxsə sosial sığorta şəhadətnaməsi alınması üçün müraciət olunmalıdır. Bu səbəbdən də, vergi ödəyiciləri VÖEN-i olmayan şəxslərlə xidmət müqaviləsi bağladıqda sosial sığorta şəhadətnaməsi tələb etməlidir, əgər vətəndaş sosial sığorta şəhadətnaməsini heç vaxt əldə etməyibsə, bu zaman kartın alınması üçün müvafiq dövlət sosial müdafiə fonduna müraciət olunmalıdır.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər