Xidmət göstərildikdən sonra aktın tərtibi mütləqdir?

Xidmət göstərildikdən sonra aktın tərtibi mütləqdir?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi ödəyici hər hansı xidmət göstərdiyi halda, işin başa çatması “Görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktı” ilə rəsmiləşdirilir. Qeyd edək ki, aktın nümünəvfi forması kitabın sonuncu bölməsində və elektron formada kitabın üzərindəki CD diskdə yerləşdirilib.

Misal. Vergi ödəyicisi qarşı tərəflə 28 may 2020-ci il tarixdə keçiriləcək bayram tədbirinin təşkili ilə ilə bağlı müqavilə imzalayır. Müqavilənin şərtlərinə əsasən vergi ödəyicisinin göstərdiyi xidmətlər 28 may 2020-ci il tarixdə başa çatır. Amma tərəflər arasında xidmətlərin görülməsi barədə akt 10 iyun 2020-ci il tarixdə imzalanıb.
Maraqlıdır ki, bu şərtlərdə vergi ödəyicisi xidmət göstərdiyi vergi ödəyicisinə elektron qaimə-fakturanı 28 may 2020-ci ildən, yoxsa 10 iyun 2020-ci ildən etibarən təqdim etməlidir.
Vergi Məcəlləsində istinad tarixi kimi hər hansı akt formasının imzalanması yox, işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarix hesab edilir. O səbəbdən vergi ödəyicisi elektron qaimə-fakturanın göndərilməsi üçün 28 may 2020-ci il tarixini əsas götürməlidir.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər