Xidmət sahəsində elektron qaimə-fakturanın göndərilməsinin son tarixi

Xidmət sahəsində elektron qaimə-fakturanın göndərilməsinin son tarixi

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Fikrimizcə, malların təqdim olunması halları ilə bağlı kifayət qədər məlumat verdik. İndi isə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura göndərilməsi hallarına aydınlıq gətirək.
Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisi işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-fakturanı təqdim etməlidir.
Müddət axımı ilə bağlı öncəki səhifələrdə məlumat verdik ki, Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi tarixdən sonrakı gündən başlanır.

Misal. Fərdi sahibkar tərcümə xidməti ilə bağlı vergi ödəyicisi ilə müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə, fərdi sahibkar 25 may 2020-ci il tarixdə keçirilən beynəlxalq konfransda sinxron tərcümə xidməti göstərəcək. Deməli, fərdi sahibkar elektron qaimə-fakturanı qarşı tərəfə 30 may 2020-ci il tarixə kimi göndərməlidir.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər