Hansı halda, əyləncə və sosial xarakterli ödənişlər gəlirdən çıxılır?

Hansı halda, əyləncə və sosial xarakterli ödənişlər gəlirdən çıxılır?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə"(II nəşr) kitabından seçmə

Əgər vergi ödəyicisinin fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyırsa, o zaman bu xərclərin gəlirdən çıxılmasına icazə verilir. Vergi Məcəlləsinin 109.4-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Misal. “Ayan” şadlıq sarayı toyda oxuması üçün müğənni Elariz Yaqubova 2 000 manat ödəniş edir. Həmin ödəniş əyləncə xarakterli olsa belə, məbləğin şadlıq sarayı tərəfindən gəlirdən çıxılmasına icazə verilir.
Daha bir misal. “A” MMC ictimai iaşə müəssisəsi olan restorandır və yeməklərin bişirilməsi üçün aşpazla xidmət müqaviləsi bağlayaraq ona 2 000 manat ödəniş edir. Yuxarıdakı cədvəldə aşpaz xərcini gəlirdən çıxılan xərclərə aid etməsək də, bu halda aid ediləcək. Çünki “A” MMC sahibkarlıq fəaliyyətinə uyğun olaraq aşpaz xidmətindən istifadə etməlidir.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər