Notariusların torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı vergilərin hesablanması
Notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Bu müqavilələrə aşağıdakılar aid edilmir:
- Fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi
İzahat: Murad Əliyev 2010-cu ildən qeydiyyatda olduğu evini 2020-ci ildə satırsa, o zaman ödəmə mənbəyində vergiyə cəlb olunmur. Amma 2018-ci il tarixdən qeydiyyatda olduğu torpaq sahəsinin satışını həyata keçirirsə, müqavilənin təsdiqi zamanı notarius ödəmə mənbəyində vergi tutmalıdır.
Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxsin qeydiyyat olma müddəti 5 ildən 3 ilə endirilib.
- Miras ailə üzvlərinin adına rəsmiləşdiriləndə
İzahat: Ailə üzvləri dedikdə, ər-arvad, valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda başa düşülür.
Bir məsələni də qeyd edək ki, 1 yanvar 2019-cu il tarixdən edilən dəyişiklik nəticəsində övladlığa götürmüş şəxslər, babalar, nənələr və nəvələr də vergi ödəyicisinin ailə üzvü hesab edilib.
- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlər zamanı
İzahat: Misal üçün, Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Sovetski” ərazisindəki yaşan Əmirov Balaəhmədin torpağının alğı-satqısı zamanı ödəmə mənbəyində vergi tutulmur.
- Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə
İzahat: Fatimə Əliyeva ərindən boşanan zaman əmlak əldə edirsə, bu zaman notarius ödəmə mənbəyində vergi hesablamır.
1 yanvar 2020-ci il tarixdən etibarən yaşayış sahəsinin təqdim edilməsində hansı güzəşt tətbiq edilib?
Vergi Məcəlləsinə əlaavə edilən 218-1.1.5.3-ci maddəyə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsinə güzəşt tətbiq edilir.
Misal. Vətəndaş 2 il qeydiyyatda olduğu 85 kvadrat metrlik evi satarsa, o zaman 30 kvadrata vergi hesablanmayacaq və 55 (85-30) kvadrat metrə vergi hesablanması həyata keçiriləcək.
Bir məsələni də qeyd edək ki, bu güzəşt fiziki şəxsin qeyri-yaşayış sahələrinə tətbiq edilmir.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın