Notariusların torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı vergilərin hesablanması

Notariusların torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı vergilərin hesablanması

Notariuslar da bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi tutmağa borcludur. Bu müqavilələrə aşağıdakılar aid edilmir:

- Fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi

İzahat: Murad Əliyev 2010-cu ildən qeydiyyatda olduğu evini 2020-ci ildə satırsa, o zaman ödəmə mənbəyində vergiyə cəlb olunmur. Amma 2018-ci il tarixdən qeydiyyatda olduğu torpaq sahəsinin satışını həyata keçirirsə, müqavilənin təsdiqi zamanı notarius ödəmə mənbəyində vergi tutmalıdır.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilən  dəyişikliyə əsasən, fiziki şəxsin qeydiyyat olma müddəti 5 ildən 3 ilə endirilib.

- Miras ailə üzvlərinin adına rəsmiləşdiriləndə

İzahat: Ailə üzvləri dedikdə, ər-arvad, valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları,  ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda başa düşülür.

Bir məsələni də qeyd edək ki, 1 yanvar 2019-cu il tarixdən edilən dəyişiklik nəticəsində övladlığa götürmüş şəxslər, babalar, nənələr və nəvələr də vergi ödəyicisinin ailə üzvü hesab edilib.

- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlər zamanı

İzahat: Misal üçün, Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Sovetski” ərazisindəki yaşan Əmirov Balaəhmədin torpağının alğı-satqısı zamanı ödəmə mənbəyində vergi tutulmur.

- Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya  keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə

İzahat: Fatimə Əliyeva ərindən boşanan zaman əmlak əldə edirsə, bu zaman notarius ödəmə mənbəyində vergi hesablamır.

1 yanvar 2020-ci il tarixdən etibarən yaşayış sahəsinin təqdim edilməsində hansı güzəşt tətbiq edilib?

Vergi Məcəlləsinə əlaavə edilən 218-1.1.5.3-ci maddəyə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsinə güzəşt tətbiq edilir.

Misal. Vətəndaş 2 il qeydiyyatda olduğu 85 kvadrat metrlik evi satarsa, o zaman 30 kvadrata vergi hesablanmayacaq və 55 (85-30) kvadrat metrə vergi hesablanması həyata keçiriləcək.

Bir məsələni də qeyd edək ki, bu güzəşt fiziki şəxsin qeyri-yaşayış sahələrinə tətbiq edilmir.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər