ƏDV qeydiyyatının ləğvi üçün önəmli 2 ŞƏRT
Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Əlavə vergi ödəyicisi" bölməsindən seçmə
Vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi qeydiyyata durmaq qədər asan proses deyil. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinin ƏDV qeydiyyatından imtina etməsi üçün mütləq müəyyən şərtlər gözlənilməlidir. Bu zaman aşağıdakı 2 şərt çox önəmlidir:
1. Son tam 12 təqvim ayında vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 000 manatdan az olmalıdır;
2. ƏDV məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən ən azı 1 il keçməlidir.
Fikrimizi misalla izah edək, istehsal sahəsində fəaliyyət göstərən “A” MMC-nin dövriyyəsi 200 000 manatı keçdiyi üçün o, ƏDV ödəyicisi olub. Amma istehsal və satışın azalması ilə bağlı olaraq “A” MMC qərar verir ki, ƏDV qeydiyyatından çıxsın və satış zamanı malları ƏDV-yə cəlb edilməsin. Bu zaman “A” MMC diqqət yetirməlidir ki, son 12 ayda vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği nə qədər təşkil edib. Təsəvvür edək ki, “A” MMC 2019-cu ilin oktyabr ayında qərar verir ki, noyabr ayından etibarən ƏDV qeydiyyatını dayandırsın. Bu halda vergi ödəyicisinin 1 noyabr 2018-30 oktyabr 2019-cu il aralığındakı dövriyyəsinə diqqət yetirmək lazımdır. Əgər həmin 12 ay ərzində vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 min manatdan aşağıdırsa, o zaman vergi ödəyicisi ƏDV qeydiyyatı üçün müraciət edə bilər, əgər 100 000 manatdan yüksəkdirsə, o zaman ƏDV qeydiyyatının ləğvi üçün vergi orqanına müraciət etməsinə ehtiyac yoxdur.
Misalı davam etdirək. Təsəvvür edək ki, vergi ödəyicisinin 1 noyabr 2018-30 oktyabr 2019-cu il tarixlərində vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 100 min manatdan aşağıdır. Amma son ƏDV qeydiyyat tarixi 1 fevral 2019-cu ildir. Bu halda “A” MMC-nin ƏDV qeydiyyatının ləğv olunmasına icazə verilməyəcək. Çünki Vergi Məcəlləsinə əsasən, ƏDV qeydiyyatının ləğv olunması üçün son ƏDV qeydiyyatı tarixindən ən azı 1 il müddət keçməlidir.
Bir il müddət məsələsi daha çox bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduğu hallarda daha risklidir.
Misal. Tutaq ki, fərdi sahibkar 210 000 manatlıq müqavilə imzalayır. Vergi Məcəlləsinə əsasən, fərdi sahibkar həmin əməliyyat həyata keçirilən günədək ƏDV ödəyicisi kimi qeydiyyata alınması üçün ərizə ilə müraciət etməlidir. Fərz edək ki, fərdi sahibkar ƏDV qeydiyyatına alındıqdan sonra qarşı tərəflə müqaviləsi ləğv olunur. Artıq bu halda vergi ödəyicisi 1 il gözləməlidir ki, ƏDV qeydiyyatından çıxa bilsin. Fikrimizcə, bu halla bağlı Vergi Məcəlləsində xüsusi istisna nəzərdə tutulmalıdır.
Onu da qeyd edək ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın