Kimlər məcburi və könüllü ƏDV ödəyicisi olurlar?

Kimlər məcburi və könüllü ƏDV ödəyicisi olurlar?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" kitabının "Əlavə dəyər vergisi" bölməsindən seçmə

Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicilərinə münasibətdə ƏDV qeydiyyatının məcburi və könüllü olmasını şərtləndirən amillər aşağıda təsnifləşdirilib:

MƏCBURİ QEYDİYYAT ÜZRƏ

1) Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları
Dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ƏDV ödəyiciləridir.

2) bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər
Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixinə kimi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ya sadələşdirilmiş, ya da ƏDV vergi ödəyicisi olmaq hüququ var idi. Son dəyişiklikdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olanlar yalnız ƏDV ödəyicisi ola bilərlər.
3) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər
Aşağıdakı vergi ödəyiciləri istisna olmaqla ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatı keçən vergi ödəyiciləri ƏDV qeydiyyatı üçün ərizə verməlidir:
- İctimai iaşə müəssisələri;
- Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;
- İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
- Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.
Zəruri qeyd: Yuxarıda qeyd edilən fəaliyyətlərdən yalnız ictimai iaşə müəssisələrinin 12 aylıq dövriyyəsi 200 000 manatı keçərsə, ƏDV uçotu üçün könüllü qeydiyyat üçün müraciət edə bilər. Digər üç fəaliyyəti həyata keçirənlərin ƏDV ödəyicisi olmaq hüququ yoxdur.

KÖNÜLLÜ QEYDİYYAT ÜZRƏ

1) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan az olan şəxslər
ƏDV uçotu ilə bağlı məcburi qeydiyyatı tələb olunanlar və məcburi sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaq şərti ilə.
2) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər