Bu məsələdə maraq doğuran məsələ agentin və ya komisyonçunun hansı elektron qaimə-fakturadan istifadə etməsidir.
İqtisadçı ekspert Anar Bayramov bildirib ki, prosedurun həyata keçirilməsi üçün vergi ödəyicisi müvafiq proqram təminatından "Malların geri qaytarılması" elektron qaimə-fakturası üzrə "Malların təqdim edilməsi qaiməsinin qaytarılması" növünü seçməklə malları geri qaytarır.
Amma agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı "Malların geri qaytarılması" elektron qaimə-fakturasının digər növündən istifadə olunmalıdır.
Misal: "A" MMC 20.000 manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq, supermarketə təqdim edir. Supermarket həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3.000 manatlıq malı geri qaytarır. Bu halda mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim edildiyi üçün vergi ödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir.
Agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı elektron qaimə-fakturanın müvafiq olaraq malların agent və ya komisyonçu tərəfindən təqdim olunması barədə elektron qaimə-fakturadan istifadə etmək lazımdır. Nəzərdən keçirilən şərtlərdə elektron qaimə-faktura hazırlayarkən "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura"ya istinad edilə bilməz.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)
adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın