Vergi ödəyicilərinə ödənilən maliyyə dəstəyi vergidən azad olunacaq?
Satışda olan "Vergi Uçotu: A-dan Z-yə" kitabının "Müvəqqəti vergi rejimi" bölməsindən seçmə
Bölmənin əvvəlində məlumat verdiyimiz kimi, dövlət tərəfindən pandemiya dövründə bəzi fəaliyyət sahələrində çalışan işçilərin muzdlu əmək haqqılarının ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi həyata keçirilib. Vergi ödəyicilərinə maraqli idi ki, həmin maliyyə dəstəyi yenidən gəlir kimi tanınaraq vergiyə cəlb olunmalıdır, ya yox.
Vergi Məcəlləsinə əlavən edilən 224.6-cı maddəyə əsasən, müvəqqəti vergi rejimi müddətində sahibkarlıq subyektlərinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardım mənfəət (gəlir) vergisindən və sadələşdirilmiş vergidən azad edilir.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Vasif Yaqubov 23 İyul 2020
224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. Bu maddədə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardım barədə heç bir qeyd yoxdur axı.
Şərh yazın