Diqqət! Vahid Bəyannamənin təqdim edilməsi üçün müddət müəyyən olundu
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti tərəfindən fərdi sahibkarların vahid bəyannamə təqdim edilməsi zamanı yaranan texniki problem aradan qaldırılıb. Qeyd edək ki, vergi orqanı vahid bəyannamədə "Sosial Sığorta haqqında" AR Qanununa edilən son dəyişikliklərin uyğunlaşdırılmasını həyata keçiririb.
Bəzi həmkarlarımız bildiriblər ki, vahid bəyannaməni tez zamanda təqdim etmək lazımdır, əks halda vergi orqanı tərəfindən maliyyə sanksiyasına məruz qalacaq. Mks.az saytının əldə etdiyi məlumata əsasən, Dövlət Vergi Xidməti fərdi sahibkarlar üçün hesabatların təqdim edilməsi üçün təxminən 15-20 gün vaxt verəcək. Həmin müddətə qədər vahid bəyannaməni təqdim edən vergi ödəyicilərinə qarşı hər hansı maliyyə sanksiyası tətbiq edilməyəcəkdir.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın