Fəaliyyət kodunun dəyişdirilməsi necə aparılır? (Misallarla İzah)
Xəbər verdiyimiz kimi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən www.icaze.e-gov.az portalında xeyli sayda iş icazələri ləğv edilib. Fəaliyyətlərin ləğvinə əsas səbəb kimi, fəaliyyət kodlarının uyğunlaşdırılmasında vergi ödəyicisinin fəaliyyəti ilə kodunun uyğun gəlməməsidir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti Nazirlər Kabinetinin 208 saylı qərarına əsasən, fəaliyyəti məhdudlaşdırılan və 50 faizlik limit tətbiq edilən sahələrin vergi ödəyicilərinin fəaliyyət kodlarına uyğunlaşdırılmasını həyata keçirib.
Mks.az saytına daxil olan suallardan ən çoxu fəaliyyət kodunun dəyişdirilməsi ilə əlaqədar olduğu üçün fərdi sahibkarlar üzrə məlumat dəyişikliyini addım-addım izah edək:
1) Vergi ödəyicisisi onlayn kargüzarlığa daxil olaraq vergi orqanına məktubla müraciət etməlidir. Bu zaman müracət ərizəsinin növü olaraq “fiziki şəxslərin məlumat dəyişikliyi ərizəsi”ndən istifadə edilməlidir:
2) Vergi ödəyicisi əsas fəaliyyət növü üzrə yeni kodu daxil etdikdən sonra məlumatların vergi orqanına göndərilmsini təmin etməlidir. Qeyd edək ki, yeni fəaliyyət növünün qarşısında “Əsas” qeyd etmək lazımdır ki, iş icazələrinin alınması zamanı həmin kod əsas götürülsün.
Vergi Məcəlləsinin 34.7.2.-ci maddəsinə əsasən, Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır.
Qeyd edək ki, ərizə göndərildikdən sonra aşağıdakı formada bildiriş çıxır:
"Fiziki şəxsin məlumat dəyişikliyi" ərizəsinin qəbul olunması haqqında |
|
BİLDİRİŞ |
|
XXXXXXXXXXXXXX |
XX.XX.2020 |
Tərəfinizdən göndərilmiş “Fiziki şəxsin məlumat dəyişikliyi” ərizəsi Vergilər Nazirliyinin AVİS “Kargüzarlıq” altsistemində 2039010813744900 nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizəyə əsasən 2 iş günü ərzində müvafiq dəyişikliklər ediləcəkdir. |
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
2 Komment
Bextiyar 13 Dekabr 2020
Salam. Sizin izahınızdakı kimi karguzarlığa girib fəaliyət kodumu dəyişmək istədim. Eynisin elədim ama sizin yuxarıda yazdığınız (fiziki şəxslərin məlumat dəyişikliyi ərizəsi) yazısı çıxmadı.başq 3 bölmə gəlir heç birin kof əlavə elək yeri yoxdu. Nədən olar?
Kamala 14 Dekabr 2020
Çıxış düyməsini yarışında vətədaşl fiziki şəxsə dəyişin. Prosesi yenidən təktarlayın
Şərh yazın