Vahid bəyannamə ilə bağlı AKTUAL 2 SUALIN CAVABI
Vergi ödəyiciləri tərəfindən 2020-ci ilin 2-ci rübü üzrə hesabatların təqdim edilməsinə start verildiyindən həmkarlarımızdan mks.az saytına bu mövzuda suallar daxil olmağa başlayıb. İlk olaraq vergi ödəyiciləri tərəfindən 2020-ci ilin birinci rübündən etibarən təqdim olunmasına start verilən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” haqqında sualları cavablandıracağıq:
- 2020-ci ilin 2-ci rübünün aylarında beşgünlük və altıgünlük iş rejimi üzrə neçə iş günü var?
Açıqlama: Pandemiya və bayramlarla bağlı bəzi iş günlərinin yerlərinin qeyri-iş günləri ilə dəyişməsi baş versə də, 2020-ci ilin istehsalat təqvimi dəyişməyib. O səbəbdən də beşgünlük və altıgünlük iş rejimi üzrə 2020-ci ilin 2-ci rübündəki aylarda aşağıdakı sayda iş günləri var:
Ay | Beşgünlük iş rejimi üzrə iş günlərin sayı | Altıgünlük iş rejimi üzrə iş günlərin sayı |
Aprel 2020 | 22 | 26 |
May 2020 | 17 | 22 |
İyun 2020 | 20 | 24 |
Cəmi | 59 | 72 |
- May ayında olan xüsusi iş (əmək) rejiminə uyğun olaraq qeyri-iş günləri bəyannamədə necə əks etdirilməlidir?
Açıqlama: Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 15 may 2020-ci il tarixli, 177 saylı “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb. Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilir ki, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin.
Beləliklə, xüsusi iş rejiminin tətbiqi nəticəsində beşgünlük iş rejimində 29 may 2020-ci il tarixi qeyri-iş günü olacaq. Altıgünlük iş həftəsində çalışanlar üçün xüsusi iş rejiminin tətbiq dairəsinə isə 3 gün – 23, 29 və 30 may tarixləri təsadüf etdiyi üçün həmin günlər qeyri-iş günləri hesab ediləcək. Yəni, işəgötürən xüsusi əmək rejimi tətbiq edilən günləri qeyri-iş günləri hesab etsə də, həmin günlər üçün işçilərə əmək haqqı hesablamalıdır.
Bu səbəbdən də vergi ödəyiciləri may ayı üzrə həmin xüsusi iş (əmək) rejimi günlərini adi iş günləri kimi qeyd edəcək. Yəni, bəyannamədə may aylarının iş günlərinin sayında hər hansı azalmaya ehtiyac yoxdur.
Qeyd edək ki, hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" kitabında Vahid bəyannamənin doldurulmasının misallarla izahı verilib.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Umud 05 İyul 2020
ne olar bir yerdada tam fealiyeti baxlanmis Idman zallari turizm hamam saxlamliq gozellik salonlari haqqda bir soz yazin,bilek ki biz neca edak.martin 15 den idman zalin polisler gelib baxlayiblar ve isciler eva buraxib,ama fealiyyet aktiv qalib isci isden cixmayinb .vergi cemi 1 ay emek haqqi 50 fazi verdi,oda Ata bankda qaldi,yaxsi ne edak ne yazak,odenisli mezuniyyetyazmaq olar,..
Şərh yazın