Müvəqqəti vergi rejimi hansı vergi ödəyicilərinə şamil olunur?
Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Müvəqqəti vergi rejimi" bölməsindən seçmə
Vergi Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi aşağıdakı vergi ödəyicilərinə şamil olunur:
- Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən, taksi ilə) fəaliyyəti;
- Yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
- Turoperator və turagent fəaliyyəti;
- Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
- İctimai iaşə fəaliyyəti;
- Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
- İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;
- Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərin fəaliyyəti;
- Koronavirus pandemiyasının yayılıması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla);
- Sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektləri.
Fikrimizcə, müvəqqəti vergi rejimindən yararlanmaq istəyən vergi ödəyicilərinin siyahısı dəqiq və konkret deyil. Vergi orqanında iqtisadi fəaliyyət növünün təsnifat koduna görə qeydiyyata alınan vergi ödəyiciləri hansı halda bu güzəştdən yararlanmaq imkanının olub-olmadığını dəqiq bilməyəcək. Bu prosesdə gələcəkdə vergi ödəyiciləri ilə yanaşı, daxil olunan müraciətlərin çoxluğu səbəbindən vergi orqanının əməkdaşlarının da işi çox olacaq.
Bir məsələni də qeyd edək ki, karantin dövründə Nazirlər Kabineti tərəfindən sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti məhdudlaşdırılmasa da, bu fəaliyyət müvəqqəti vergi rejimi tətbiq edilən fəaliyyətlərə aid edilib.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı
ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın