Vergi ödəyicisinə malların təqdimi zamanı hansı maliyyə sanksiyası tətbiq edilə bilər?
Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Topdansatış, pərakəndə satış, istehsal, və ictimai iaşədə gəlirlərin və xərclərin uçotu" bölməsindən seçmə
Vergi Məcəlləsinin 58.13-cü maddəsində malların təqdim edilməsi zamanı aşağıdakı hallarda maliyyə sanksiyaları tətbiq edilə bilər:
- Vergi Məcəlləsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə
Misal. Vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin “Boss” adı altında istehsal etdiyi tum məhsulları digər vergi ödəyicisinin satış müəssisəsində aşkarlanıb. O da məlum olub ki, 40 000 manat mallar üçün istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi elekton qaimə-faktura təqdim etməyib.
Bu halda malları təqdim edən istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə, yəni malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Misalımıza uyğun eyni məbləğ üzrə halların baş vermə müddətindən asılı olaraq 4000 manat (40 000 manat x 10 faiz), 8000 manat (40 000 manat x 20 faiz) və 16 000 manat (40 000 manat x 40 faiz) məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.
- Malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə
Misal. Vergi nəzarəti tədbirləri zamanı istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə aid nəqliyyat vasitəsində 30 000 manatlıq malla bağlı hər hansı sənəd müəyyən edilir. Vergi ödəyicisi iddia edir ki, həmin mallar əvvəlcədən sifariş olunmadığı üçün digər vergi ödəyicislərinə elektron qaimə-faktura göndərmək mümkün olmayıb.
Vergi Məcəlləsinin və qaydaların tələblərinə əsasən, vergi ödəyicisi malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasını tərtib etməlidir. Əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üçün həmin sənədin olmamasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə, təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı
ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın