ƏDV-nin geri alınmasında müddətlə bağlı 4 VACİB MƏQAM
Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "ƏDV-nin geri qaytarılması" bölməsindən seçmə
Vətəndaşın aldığı e-kassa çekində aşağıdakı tələblər gözlənilməlidir:
1) Çekin tarixi 21 mart 2020-ci il tarixdən sonraya təsadüf etməlidir. Çünki Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli fərmanı ilə təsdiq olunan “Əlavə dəyər vergisinin qaytarılması” qaydası həmin tarixdən qüvvədədir.
2) Nəzarət kassa aparatı çeki alındığı vaxtdan 90 dəqiqə sonra fiskal İD portala daxil edilməlidir.
3) Vətəndaş çeki yaranma tarixindən etibarən 90 gün ərzində daxil etməlidir. Məsələn, NKA çeki 10 may 2020-ci il tarixində vurulubsa, o halda 9 iyul 2020-ci il tarixdən gec olmayaraq portala daxil edilməlidir, əks halda çek etibarsız sayılacaq.
4) Çeki portala daxil edildikdən sonra 30 gün ərzində qaytarılan ƏDV məbləği vətəndaşın virtual şəxsi hesabına yüklənilir.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı
ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın