Vergi ödəyicisi işçi sayının artırdığı hansı halda riskli vergi ödəyicisi hesab oluna bilər?
Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Riskli vergi ödəyicisi" bölməsindən seçmə
"Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya" ilə müəyyən edilən risk meyarlarından biri də, əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq bir işçiyə düşən orta aylıq əmək haqqı fondunun azaldılması halıdır.
Misal. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisi aprel ayında 12 işçiyə malik olub və həmin işçilərə görə hesablanan əmək haqqı fondu 6000 manat təşkil edib. Vergi ödəyicisi növbəti ayda işçilərin sayını 10 nəfər artırsa da, əmək haqqı fondu cəmi 3000 manat artıb.
Hesablamalardan göründüyü kimi aprel ayında bir işçi üzrə orta əmək haqqı 500 manat (6000 manat / 12 nəfər) olduğu halda, may ayında işçilərin sayının 10 nəfər artmasına baxmayaraq, bir işçiyə düşən orta əmək haqqı azalaraq 409,09 manat ((6000 manat + 3000 manat) / (12 nəfər + 10 nəfər)) təşkil edib.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı
ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın