Başqa işə keçirmənin rəsmiləşdirilməsi və elektron informasiya sistemində qeyd olunması prosesi (2 nümünəvi forma)

Başqa işə keçirmənin rəsmiləşdirilməsi və elektron informasiya sistemində qeyd olunması prosesi (2 nümünəvi forma)

Yaxın zamanlarda satışda olacaq "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə 

Tutaq ki, işçinin keçiriləcəyi iş yeri ştat cədvəlində mövcud deyil, həmin vəzifə yeni iş yeri kimi yaradılacaq və hazırkı iş yeri ləğv olunaraq ştat cədvəlindən çıxarılacaq, vakant yer kimi saxlanılmayacaq. Eyni zamanda, hesab edək ki, işçinin razılığı alınıb və onunla yeni əmək müqaviləsi yox, köhnə əmək müqaviləsinə Razılaşma imzalanacaq. Bu hala uyğun işçinin başqa vəzifəyə keçirilməsinin sadə əmr formalarını ardıcıllıqla təqdim edirik:

 

Blank “Alov” MMC

ƏMR

№________

 Bakı şəhəri                                                                               ____ __________2020-ci il

 Ştat cədvəlinə dəyişiklik edilməsi haqqında

 “Alov” MMC-nin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə

 ƏMR EDİRƏM:

  1. Cəmiyyətin direktorunun ____ ______ 2020-ci il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2020-ci iş ili üçün Ştat cədvəlinə aşağıdakı qaydada dəyişiklik edilsin:

              1.1. Redaktorluq şöbəsində tam iş yeri norması ilə 1 (bir) struktur vahidi redaktor köməkçisi vəzifəsi yaradılsın və vəzifə üzrə aylıq əmək haqqı 250 (iki yüz əlli) manat təyin edilsin.

              1.2. Ştat cədvəlindəki dəyişiklik barədə məlumatlar elektron qaydada “Məşğulluq” altsisteminə daxil edilsin.

              1.3. Dəyişiklik 08 aprel 2020-ci il tarixdən qüvvəyə minsin.

  1. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Tarix: ________

 

 Blank “Alov” MMC

ƏMR

№________

Gəncə şəhəri                                                                            ____ ____________2020-ci il

 Başqa işə keçirilmə haqqında

Nəsibov Amil Seymur oğlunun başqa işə keçirilmə ilə bağlı 07 aprel 2020-ci il tarixli Razılıq ərizəsinə və işçi ilə bağlanılmış 11 yanvar 2019-cu il tarixli, ___ №-li əmək  müqaviləsinə əlavə olaraq imzalanmış 08 aprel 2020-ci il tarixli, ___ №-li Razılaşmaya əsasən

ƏMR EDİRƏM:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Redaktorluq şöbəsində kiçik redaktor vəzifəsində çalışan Nəsibov Amil Seymur oğlu 09 aprel 2019-cu il tarixdən Redaktorluq şöbəsində redaktor köməkçisi vəzifəsinə təyin edilsin.
  2. İşçinin aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 250 (iki yüz əlli) manat müəyyən olunsun.
  3. Redaktorluq şöbəsində kiçik redaktor vəzifəsi ləğv edilərək ştat cədvəlindən çıxarılsın.
  4. Ştat cədvəlindəki dəyişiklik barədə məlumatlar elektron qaydada “Məşğulluq” altsisteminə daxil edilsin.
  5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə edilsin.

 Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Nəsibov A.S.

Tarix: ________

Elektron informasiya sisteminə gəlincə, ilk öncə əmrə uyğun olaraq struktur vahidində yeni vəzifə yaradılır.

Şəkildən göründüyü kimi, yeni vəzifə yaradıldıqdan sonra vəzifəni tutan şəxsin adı, soyadı qeyd edilməyib.

Prosesdən sonra işçinin cari əmək müqaviləsi üzrə düzəliş həyata keçirilməlidir. Bunun üçün “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edilməsi” alt bölməsinə daxil olmaq lazımdır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər