İşçinin əmək haqqından güzəşt məbləği aylar üzrə fərqli qeyd edə bilər?

İşçinin əmək haqqından güzəşt məbləği aylar üzrə fərqli qeyd edə bilər?

Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Vahid Bəyannamənin tərtibi" bölməsindən seçmə

Təcrübədə mümkündür ki, işçinin əmək haqqı məbləği artımın, əlavələrin (əlavə iş saaatı, əvəzetmə) yaranması və ya mükafatın verilməsi səbəbindən rübün ayları üzrə fərqli məbləğdə olsun.

Misal. Dövlət müəssisəsində çalışan və 180 manat əmək haqqı alan işçinin 2020-ci ilin 1-cü rübü üzrə əmək haqqı göstəriciləri aşağıdakı kimi olub:
Yanvar 2020 – 180 manat;
Fevral 2020 – 192 manat;
Mart 2020 - 220 manat.
Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat güzəşt tətbiq edilir. Amma bəzi aylar üzrə işçinin əmək haqqı güzəştdən aşağı olduğu üçün vahid bəyannamənin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə güzəşt və azadolmalar” bölməsi aşağıdakı şəkildə doldurulur:

Şəkildən göründüyü kimi, güzəşt məbləği əmək haqqıdan az olduğu hallarda onunla eyni məbləğ, çox olduqda isə Vergi Məcəllləsinin tələblərinə uyğun məbləğ qeyd edilir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər