Vergi ödəyicisi sosial ayırma ödədikdə niyə birbaşa şəxsi hesaba işlənilmir?

Vergi ödəyicisi sosial ayırma ödədikdə niyə birbaşa şəxsi hesaba işlənilmir?

Yaxın günlərdə satışa çıxacaq Anar Bayramovun “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Məcburi dövlət sosial ayırmalarının vergi orqanlarının səlahiyətlərinə verildikdən sosial ayırmaların şəxsi hesaba işlənilməsində fərqli yanaşma tətbiq edildi. Vergi ödəyicisi sosial ayırma üzrə ödəniş etdikdə, şəxsi vərəqəyə birbaşa işlənimir və ödənişlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsinə daxil edilirdir. Vergi ödəyicisi hesabat verdikdən sonra həmin məbləğlər şəxsi vərəqəyə işlənilirdi.

Hətta 2019-cu ilin əvvəlində 2018-ci ilin 4-cü rübü üzrə ödənişlər 2019-cu ilin yanvar ayında ödənilməsinə və sosial ayırmalar üzrə hesabat təqdim olunmasına baxmayaraq vergi orqanları 2019-ci ilin 1-ci rübündə ödənilən ödənişləri də  “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində qeyd etdilər. Həmin ödənişləri şəxsi hesab vərəqəsinə işənilməməsinin səbəbindən minlərlə vergi ödəyicisinin borcu yarandı və bank hesablarına sərəncamlar qoyuldu.

Vergi orqanı növbəti rübdən etibarən bu texniki problemi aradan qaldırıldı.  Artıq vergi ödəyicisinin rüb ərzində ödənişləri “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” qeyd edilir və hesabat bəyan edildikdən sonra  yaranan borcu qədər şəxsi hesab vərəqəsinə işlənilir.

Misal. Vergi ödəyicisi aprel, may və iyun aylarında hər ay üzrə 500 manat sosial ayırma ödəyib.  Vergi orqanı rüb ərzində daxil olan 1500 manatı “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” qeyd edir. Vergi ödəyicisi 20 iyul 2020-ci il tarixdə təqdim etdiyi vahid bəyannaməyə əsasən,  2020-ci il 2-cü rübü üzrə sosial ayırma öhdəliyi 1420 manat təşkil edib. Bu halda vergi orqanı tərəfindən 1420 manat vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənir və 80 manat isə “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”  bölməsinə qeyd edilir.

Qeyd edək ki, “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”  bölməsi vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin alt hissəsində qeyd edilir. Məlumat üçün həmin bölmənin şəklini də paylaşırıq:

1 Komment

  1. AYDIN Salamov 05 May 2020

    Salam Sizdən fərqli olaraq, mən bu “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsinin tam əleyhinəyəm. Ötən ildə bu barədə elektron qutudan da vergi idarəsinə müraciət etmişdim.Hətta cavab məktubunda mövqeyimi bəyənmişdilər də. Amma işi yarımçıq həll etdilər. Vergi ödəyicisi bilavasitə görməlidir ki, hansı kod üzrə nə qədər ödəyib. Ki növbəti ödəmələrdə korrektə edə bilsin. Çox səhvdir ki, hesabatın bəyan edilməsi gözlənilir. Bu azmış kimi hələ sərəncam da qoyulur (Şahidiyəm ki, bölüdürülməmiş vəsait ola-ola, 2 qəpik üçün sərəncam qoyulub). Subyektiv fikrim: bu iş çox səriştəsizcəsinə qurulub. Heç olmasa vergilər üzrə şəxsi vərəqdəki kimi olsun. Lütfən, siz də prinsipial mövqe nümayiş etdirin, x.e. Hörmətlə, AYDIN Salamov

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər