Vergi orqanından məktub: "Dövlətdən müvafiq maliyyə dəstəyi almağınız...."

Vergi orqanından məktub: "Dövlətdən müvafiq maliyyə dəstəyi almağınız...."

Həmkarlarımızın verdiyi məlumata əsasən, vergi orqanı bəzi vergi ödəyicilərinə onların fəaliyyət növünün təsərrüfat subyektinin (obyektinin) olmasını tələb etməsi barədə məktub göndərib. Həmin məktubun məzmunu aşağıdakı kimidir:
"BİLDİRİŞ-XƏBƏRDARLIQ
Fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) olmasını tələb edən vergi ödəyiciləri barədə
Hörmətli vergi ödəyicisi!
Vergilər Nazirliyində olan uçot-baza məlumatlarının təhlili zamanı müəyyən edilmişdir ki, faəliyyət vəziyyətinizin aktiv olmasına və fəaliyyət növünüzün təsərrüfat subyektində (obyektində) həyata keçirilməsi tələb olunduğuna baxmayaraq, tərəfinizdən təsərrüfat subyektinizin (obyektinizin) qeydiyyata alınması barədə vergi orqanına müraciət edilməmişdir.
Əlavə olaraq bildirirk ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyinizlə əlaqədar müraciətiniz əsasında dövlətdən müvafiq maliyyə dəstəyi almağınız Sizin təsərrüfat subyektində (obyektində) fəaliyyət göstərmənizi təsdiq edir. Odur ki, aşağıdakı hallardan birinə uyğun olaraq vergi orqanına müvafiq ərizə forması ilə müraciət edilməsi Sizə tövsiyə edilir (https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari
 
1. Vergi orqanına vergi uçotuna alınmaq üçün təqdim etdiyiniz ərizə formasında qeyd etdiyiniz fəaliyyət növündən fərqli fəaliyyət növü ilə məşğul olduğunuz təqdirdə-fəaliyyət növünüzün dəyişdirilməsi barədə;
2. Uçot-baza məlumatlarınız düzgün olduğu təqdirdə- təsərrüfat subyektinizin (obyektinizin) vergi uçotuna alınması barədə.

Bildiririk ki, qeyd olunan ərizə formalarının İnternet Vergi İdarəsi üzərindən (www/e-taxes.gov.az) təqdim edilməsi imkanları mövcuddur..."
 
Qeyd edək ki, bu tip bildirişləri əldə edən vergi ödəyiciləri həmin fəaliyyət kodu çalışırsa, o zaman obyektlərinə kod almalıdır. Əgər hər hansı fərqlilik varsa, o zaman fəaliyyət növünü dəyişdirilməlidir.
 
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda
 
 
 

1 Komment

  1. Almas 13 May 2020

    Meherremova-Almas men-sizden-artiq-derecede-xais-edirem-islediyim-vaxt-ferdi-ucotunda-voun-olub-hal-hazirda-issizem-eker-issisemse-ec-bir-yerden-maas-almiramsa-voun-mene-lazim-deyil-standart-bankda-xadimeci-islemisem-10-il-hal-hazirda-ec-bir-yerde-islemirem--veziyetimde-yaxsi-deyil-190manat-qediyata-dusmisdim-mene-imtina-keldi-yaxsi-ec-bir-yerde-islemiremse--ve-men-nece-dolan-maliyam-59-yasinda-qadinam-oziminde-hal-hazirda-ureyim-xestedi-dermanlarnan-yasayiram-ele-olurki-corek-almaqa-hetta-bele-derman-almaqa-pulum-olmur-ec-bir-yerden-yardim-olmur-sizden-artiq-deteceden-xais-edirem-bir-Azerbaycan-vetandasi-olaraq-sizden-komek-isteyirem

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər