Qalib Toğrulun təqdimatında: Taksi fəaliyyət üzrə təklif olunan vergi və sosial öhdəliklər (Misallarla izah)
Mks.az saytının eksperti Qalib Toğrul Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" AR Qanununa təklif edilən dəyişiklikləri şərh edir
Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi və sosial öhdəliklərinin əhəmiyyətli dərəcədə azaldılması təklif olunur.
Taksi ilə sərnişin daşıyanların indiyədək olan və 1 apreldən qüvvəyə minəcək vergi və sosial öhdəliklərini müqayisəli şəkildə nəzərdən keçirək:
1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar
HAZIRDA ÖDƏYİR:
18 manat (9 manat X 2,0 əmsal) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat X 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 80.50 manat.
1 APREL 2020-Cİ İLDƏN:
9 manat ((9 manat X 2,0 əmsal) X 50% güzəşt) sadələşdirilmiş vergi, 30 manat ((250 manat X 6%) X 2,0 əmsal) məcburi sosial sığorta haqqı, ayda cəmi 39 manat.
FƏRQ: 41.50 manat (80.50 manat – 39 manat) az ödəyəcəklər.
2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar
HAZIRDA ÖDƏYİR:
13,50 manat (9 manat X 1,5) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat X 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 76.0 manat.
1 APREL 2020-Cİ İLDƏN:
6,75 manat ((9 manat X 1,5) X 50% güzəşt) sadələşdirilmiş vergi, 22,50 manat ((250 manat X 6%) X 1,5 əmsal) məcburi sosial sığorta haqqı, ayda cəmi 29,25 manat.
FƏRQ: 46.75 manat (76.0 manat – 29.25 manat) az ödəyəcək.
3. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar
HAZIRDA ÖDƏYİR:
9 manat (9 manat X 1,0 əmsal) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat X 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 71.50 manat
1 APREL 2020-Cİ İLDƏN:
4.5 manat (9 manat X 1,0 əmsal) X 50% güzəşt) sadələşdirilmiş vergi, 15 manat ((250 manat X 6%) X 1,0 əmsal) məcburi sosial sığorta haqqı, ayda cəmi 19,50 manat.
FƏRQ: 50.0 manat (71.50 manat – 19.50 manat) az ödəyəcək.
Taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər isə ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə - “Fərqlənmə nişanı” alarkən ödəyəcəklər.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın