DƏYİŞİKLİK: Vergi Məcəlləsi üzrə YENİ güzəştlər bütün vergi ödəyicilərinə şamil olunmayacaq? (SIYAHI) (1-ci yazı)
Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra vergi ödəyiciləri vergi və sosial güzəştlər nəzərdə tutulub. Mks.az ekspertləri "Vergi Məcəlləsi"nə dəyişiklikləri şərh edir.
Vergi Məcəlləsinə "XVIII fəsil. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı fəslin əlavə olunması nəzərdə tutulur. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərin yeni fəsillə tənzimlənməsi planlaşdırılır.
Təklif olunan dəyişikliyə əsasən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar aşağıdakı vergi ödəyicilərinə şamil ediləcək:
1) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyiciləri
Təklif edilən 222.5-ci maddədə aşağıdakı fəaliyyəti həyata keçirən şəxlsərə şamil edilir:
- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən, taksi ilə) fəaliyyəti;
- yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
- turoperator və turagent fəaliyyəti;
- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
- ictimai iaşə fəaliyyəti;
- sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
- idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
- hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
- koronavirus pandemiyasının yayılıması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).
2) sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektləri
Təklif edilən dəyişikliklərdən belə anlaşılır ki, bəzi vergi ödəyicilərinə yeni güzəştlər tətbiq edilməyəcək. Misal üçün, pərakəndə ticarət fəaliyyəti həyata keçirən və mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri vergi öhdəliklərini əvvəlki qaydada həyata keçirəcəklər.
Anar Bayramovun müəllifi ilə Vergi Məcəlləsində olunacaq yeni dəyişiklərin də izah edildiyi “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabı 04 may 2020-cı il tarixdən SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın