Vergi bəyannamələrinin gec təqdim olunmasına görə maliyyə sanksiyası tətbiq edilməyəcək?
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün aşağıdakı vergi bəyannamələrinin təqdim etmə vaxtının son müddəti ilə bağlı iki fərqli tarix (06 və 20 aprel 2020-ci il) müəyyən edib. Dövlət qurumunun açıqlamasına əsasən, aşağıdakı dövrlər üzrə hesabatların təqdim etmə müddəti artırılıb:
- 2019-cu ilin yekunlarına görə təqdim edilməli olan hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannaməsi;
- 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksizin, ƏDV, yol və mədən vergilərinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannamələri;
- Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi.
Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 saylı qərarına uyğun olaraq, xüsusi karantin dövrü ilə (2020-ci il 31 mart -20 aprel) bağlı vergi hesabatlarının təqdimiinin son müddəti aşağıdakı kimi müəyyən edilib:
- Fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti: 6 aprel 2020-ci il;
- Fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti: 20 aprel 2020-ci il.
Maraqlıdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) proqram təminatı vergi ödəyiciləri üzrə kimlərin bəyannamə təqdim etmə müddətinin 06 və ya 20 aprel tarixləri olmasını hansı texniki tapşırıqla müəyyən edə biləcək? Bundan əlavə, fəaliyyətinə icazə verilən sahələr üzrə əksər vergi ödəyiciləri karantin rejimi ilə əlaqədar olaraq işçilərinin bir hissəsinin (o cümlədən, mühasibat bölməsinin) işə gəlməməsini qərarlaşdırıb. Həmçinin, son günlərdə vergi bəyannamələrinin təqdim olunmasında texniki problemlər yaranıb.
Qeyd edək ki, Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasən, vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Əldə etdiyimiz məlumata əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti karantin rejimi ilə əlaqədar hesabatları 06 aprel 2020-ci il tarixinə kimi təqdim etməli olan, amma təqdim etməyən vergi ödəyicilərinə hesabatın gecikdirilməsinə görə 40 manat maliyyə sanksiyası təqdim etməyəcək. Buna səbəb kimi karantin rejimi ilə əlaqədar iqtisadi fəaliyyəti zəifləyən vergi ödəyicilərinin əlavə maliyyə itkisinə məruz qalmaması göstərilir.
Bir daha qeyd edirik ki, hesabatların gecikdirilməsinə görə maliyyə sanksiyaların tətbiq olunmaması rəsmi məlumat deyil və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi mövqeyini dərc etməyə hazırıq.
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın