Elektron qaimə göndərilibsə, ödəniş sənədinə ehtiyac var?

Anar Bayramovun müəllifi olduğu "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Praktikada bəzi mühasiblərin ödəniş sənədlərinə çox da əhəmiyyət vermədiyinə rast gəlirik. Onlar hesab edirlər ki, gəlirdən çıxılan xərclər üçün elektron qaimə-faktura yetərlidir, digər sənədlərə ehtiyac yoxdur. Fikrimizcə, bu cür yanaşma düzgün deyil. Cünki vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu mühasibat, əmək, mülki və vergi qanunvericiliyinin tələblərinə uyğun aparmalıdırlar.

Misal. Tutaq ki, “S” MMC mühasibatlıq xidməti ilə bağlı təlimlər keçən “A” MMC-dən hər birinin qiyməti 25 manatdan olan 20 ədəd kitabın alınması üçün razılığa gəlib. Bu zaman tərəflərin arasında alqı-satqı müqaviləsi tərtib olunmalıdır. Həmin müqavilədə malların ödənişi, çatdırılma və geri qaytarılma, mübahisələrin necə həll olunması və s. kimi məsələlər öz əksini tapmalıdır. Hər iki vergi ödəyicisi hesablama metodunu seçdiyi halda, “S” MMC elektron qaimə-fakuta təqdim edəndə artıq “A” MMC 20 ədəd kitab üçün 500 manatlıq xərci gəlirdən çıxılan xərclərə, “S” MMC isə gəlirinə aid edir.
Təbii ki, nağd qaydada aparılan əməliyyatların ödəniş sənədinin olması mütləqdir. Həmin xərcin olmasını təsdiq edən sənəd olmasa, bu zaman vergi orqanları Vergi Məcəlləsinin 58.8-ci maddəsini əsas tutaraq, vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə maliyyə sanksiyası tətbiq edə bilər. Bəzi hallarda vergi ödəyiciləri bildirirlər ki, əgər malların alınması və ya işlərin (xidmətlərin) görülməsi nağd formada həyata keçirilirsə, o zaman elektron qaimə-faktura göndərilməməlidir. Bu, yalnışdır. Həm nağdsız həm də nağd şəkildə əməliyyat iki vergi ödəyicisi arasında aparılıarsa mütləq olaraq, elektron qaimə-faktura təqdim olunmalıdır. Təbii ki, yuxarıda qeyd etdiyimiz 16.1.11-6-ci maddəki istisnalar nəzərə alınmaqla...

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər