Dövlət Vergi Xidməti açıqladı: İşəgötürən əmək haqqı ilə bağlı 7 hala əməl etməsə ... (SİYAHI)

Dövlət Vergi Xidməti açıqladı: İşəgötürən əmək haqqı ilə bağlı 7 hala əməl etməsə ... (SİYAHI)

Vergilər Nazirliyi "Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya"nı yeni redaksiyada təsdiq edib. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir.

Konsepsiyaya əsasən, əmək münasibətləri sahəsində işçi sayı və əməkhaqqı fondu üzrə risklər bəyannamə və "Əmək müqaviləsi bildirişi" altsisteminin məlumatları əsasında təhlil olunmaqla müəyyən ediləcək. İşəgötürənlərə işçi sayı və əməkhaqqı fondu ilə bağlı aşağıdakı hallara yol verməmələri tövsiyə olunur:

1) İxtisassız əməyə görə hesablanan əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı qeyd olunması; 

2) Əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq, 1 işçiyə düşən orta aylıq əməkhaqqı fondunun azaldılması; 

3) Əməkhaqqı fondunun "Əmək müqaviləsi bildirişi" altsistemində eyni ərazi, fəaliyyət sahəsi və peşələr (vəzifələr) üzrə orta aylıq əməkhaqqı məbləğindən aşağı göstərilməsi; 

4) Əməkhaqqı fondunun Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş "İqtisadi fəaliyyət növləri üzrə peşə və vəzifələr barədə" məlumata əsasən müəyyən edilmiş orta aylıq əməkhaqqı məbləğindən aşağı olması;

5) Vergi ödəyiciləri tərəfindən işçiləri öz hesabına məzuniyyətə buraxmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması; 

6) Vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərini əvvəlki dövrlərlə müqayisədə artırmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması; 

7) Vergi ödəyiciləri tərəfindən əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma məqsədilə işçiləri ilə mülki-hüquqi müqavilə bağlamaq.

 Risk qrupuna daxil olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, "Əmək müqaviləsi bildirişi" altsistemindən istifadə olunması nəzərdə tutulub. Təhlillər aparılarkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.

Fərqanə ALLAHVERDİQIZI

 Vergiler.az

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər