Vergi ödəyicilərindən cağırış: Məlumat forması üçün əlavə gün müəyyən edilsin

"Həmkar dəstəyi" rubrikası

Hər zaman həmkarlarına müxtəlif məsələlərdə dəstək verən mks.az saytı bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu rubrika altında saytımıza müraciət edən həmkarlarımızın sahibkarlıq fəaliyyəti zamanı qarşılaşdığı cətinliklər haqqında məlumat verilir, dövlət qurumlarının dəstəyi ilə həmin problemlərin həllinə çalışılır.

Xəbər verdiyimiz kimi, ƏDV ödəyiciləri 2020-ci ilin yanvarın 31-dək mal, iş və və xidmətlərlə bağlı debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib edərək vergi orqanlarına təqdim etməlidirlər.  Həmkarlarımız mks.az saytına müraciət edərək bildiriblər ki, məlumat formasının təqdim olunduğu son tarix - 31 yanvar 2020-ci il tarixdə günün ikinci yarısında texniki problemlər baş verib. Bu səbəbdən də vergi ödəyiciləri həmin tarixdə məlumat formasını göndərə bilməyib. Formanın poçtla göndərilməsi nəzərdə tutulsa da, vergi ödəyiciləri texniki problemin gün ərzində aradan qaldırılacağına əmin olunduqlarından bu xidmətdən istifadə etməyib.

Məlumatın formasının dürüstləşdirilmiş formasını təqdim olunması nəzərdə tutulmadığından vergi ödəyicilərin məlumatları təqdim etmək imkanından mərhum olub. Debitor borcları üzrə vəsaitlər bəyan edilmədiyindən bu cür borclar üzrə vəsaitlər daxil olduqda, Vergi Məcəlləsinin 166-ci madddəsinin yeni redaksiyası səbəbindən iki dəfə ƏDV-nin hesablanması baş verəcək. Təbii ki, vergi ödəyicisi daxil olan məbləğin debitor borcu olduğunu təsdiq edən sənədləri göndərməklə ikiqat vergi hesablanmasının həyata keçirilməməsinə çalışacaq. Vergi ödəyici ilə vergi orqanı arasında bu cür yazışmaların həyata keçirilməsi hər iki tərəf üçün əlavə vaxt itkisinə səbəb olacaq.

Həmkarlarımız  mks.az saytı vasitəsilə Dövlət Vergi Xidmətinin rəhbərliyinə müraciət edərək Məlumat forması üçün fevral ayında bir gün ayrılmasını xahiş edir. Ümid edirik ki, hər zaman vergi ödəyicisinə dəstək olan vergi orqanı bu dəfə də ənənəsinə sadiq qalacaq.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər