Vergi ödəyicisi fevral ayında ƏDV Məlumat forması üzrə dəqiqləşdirilmiş verə biləcək? (2-ci yazı)
Xəbər verdiyimiz kimi, ƏDV ödəyiciləri yanvarın 31-dək mal, iş və və xidmətlərlə bağlı debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib edərək vergi orqanlarına təqdim etməlidirlər. Son gün olaraq bu gün təqdim olunacaq Məlumat forması ilə bağlı həmkarlarımızdan gələn sualları ümümiləşdirirək gün ərzində üç yazı təqdim edəciyik.
İlk yazımızda vergi ödəyicilərin kreditor borclarının Məlumat formasında necə əks olunmasına aydınlıq gətirmişik.
http://mks.az/taxes/trainings/item/10754-diqq%C9%99t-vergi-%C3%B6d%C9%99yicisi-hans%C4%B1-kreditor-borclar%C4%B1n%C4%B1-%C9%99dv-m%C9%99lumat-formas%C4%B1nda-qeyd-etm%C9%99lidir-1-ci-yaz%C4%B1.html
Həmkarlarımızın mks.az saytına ən çox sual verdiyi məsələ ondan ibarətdir ki, vergi orqanı bəyannamələrdə olduğu kimi, Məlumat formasının təqdim etdikdən sonra dəqiqləşdirimiş forma göndərilməsinə icazə verir?
Qeyd edək ki, Məlumat formasının doldurulması qaydasında qeyd edilib ki, təqdim edilmiş formada düzgün olmayan və yaxud təhrif olunmuş (natamam) məlumatlar əks etdirildikdə, eləcə də mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların dəyərində dəyişiklik olduqda üzləşmə aktı yenilənməklə vergi orqanına dürüstləşdirilmiş forma təqdim edə bilər. Müəyyən edilmiş müddət ərzində təqdim edilmiş sonuncu məlumat forması əvvəlki məlumat formalarını qüvvədən salır.
Qeyd edək ki, Dürüstləşdirilmiş formanın təqdim edilmə sayı ilə bağlı məhdudiyyət qoyulmur. Buna baxmayaraq, nəzərdə tutulmuş müddətdən əvvəl və ya sonra təqdim edilən Məlumat formasının göstəriciləri nəzərə alınmır.
Qaydanın tələblərini misalla izah edək:
Misal 1. Vergi ödəyicisinin 21 yanvar 2020-ci il tarixdə təqdim etdiyi məlumat formasına əsasən, 31 dekabr 2019-cu il tarixə 9 vergi ödəyicisi üzrə debitor borcları 30 000 manat təşkil edib. Amma 31yanvar 2020-ci il tarixdə təqdim etdiyi dürustləşdirilmiş formada 8 vergi ödəyicisi üzrə debitor borclarını 42 000 manat qeyd edib. Vergi orqanı 21 yanvar 2020-ci il tarixdə təqdim edilən məlumatları qüvvvədən salır və təqdim edilən sonuncu hesabatın göstəriciləri əsas olaraq nəzərə alır.
Misal 2. Vergi ödəyicisinin 31 yanvar 2020-ci il tarixdə təqdim etdiyi məlumat formasına əsasən, 31 dekabr 2019-cu il tarixinə olan debitor borcları 200 000 manatdır. 05 fevral 2020-ci il tarixdə vergi ödəyicisi uçot məlumatlarını incələdikdən sonra məlum olur ki, onun 31 dekabr 2019-cu il tarixinə olan debitor borcları 240 000 manat təşkil edib. Artıq Məlumat forması ilə bağlı son müddət – 31 yanvar 2020-ci tarixi keçdiyinə görə, vergi ödəyicisi dürüstləşdirilmiş forma təqdim edə bilməyəcək.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın