YENİLİK!!! Proqram təminatında elektron qaimə-fakturanın 8 növü çeşidləndi (Siyahı)
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixdən elektron qaimə-fakturaları əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura təqdim etməlidir.
Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən, Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq doqquz növdə elektron qaimə-faktura verilir:
- malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
- malların qaytarılması barədə;
- - malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;
- -malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
- - agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
- - agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;
- - malların emala verilməsi barədə;
- - emal prosesi keçmiş malların qaytarılması barədə;
- - Vergi Məcəlləsini 177.5-ci maddəsinə əsasən.
Vergilər Nazirliyi artıq elektron qaimə faktura ilə bağlı proqram təminatında səkkiz növdə elektron qaimə-fakturanin hazırlayıb. Maraqlıdır ki, agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturanın proqram təminatında aktiv etməyiblər.
Vergi ödəyiciləri bu gündən etibarən qarşı tərəf olan vergi ödəyicilərinə elektron qaimə-fakturanı çeşidlənlərinə uyğun təqdim etməyə borcludur.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın