Əmək haqqı ilə bağlı hansı gəlirdən icbari tibbi sığorta hesablanacaq?

Əmək haqqı ilə bağlı hansı gəlirdən icbari tibbi sığorta hesablanacaq?

"Vergi qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Bundan əlavə, “Tibbi sığorta haqqında” AR Qanununa əsasən icbari tibbi sığorta hesablanacaq “əmək haqqı” dedikdə, Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbləri əsas götürülür. Həmin maddəyə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-cü maddəsində də qeyd edilir ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir:
- Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
- Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
- Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Vergi ödəyicisi yuxarıda qeyd edilən gəlirlərə uyğun məbləğdən icbari tibbi sığorta haqqı hesablayacaq. Misal üçün, əmək qabiliyyətinin müvəqqəti itirillməsinə görə müavinət hesablandıqda, həmin məbləğdən icbari tibbi sığorta haqqı tutulmayacaq.

Zəruri qeyd: “Tibbi sığorta haqqında” AR Qanununun keçid müdəalarına əsasən, qanunun 15-10.1.2-ci maddəsi, yəni əmək haqqı üzrə icbari sığorta məbləğinin hesablanması 2020-ci il aprelin 1-dən qüvvəyə minir. İşəgötürənlər 2020-ci ilin yanvar, fevral və aprel ayları üzrə əmək haqqından icbari tibbi sığorta haqları hesablamayacaqlar.

  "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabının təkmilləşdirilmiş ikinci nəşri 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

1 Komment

  1. irada 10 Yanvar 2020

    Salam. İşçi istifadə etmədiyi 8 təqvim günü əmək məzuniyyətinə 24.12.2019-cu il tarixdə cıxıb .Bu halda Nazirlər Kabinetinin 461 nömrəli Qərarına əsasən istirahət və iş günlərin yerlərinin dəyişdirilməsi ilə əlaqədar,işçi 07.01.2020-ci il tarixdə ,yoxsa 08.01.2020-ci il tarixdə işə çıxmalıdır? Əvvəlcədən təşəkkür edirəm!!!!

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər