YENİ DƏYİŞİKLİK! “Malların təhvil-qəbul aktı” yoxsa Elektron qaimə-faktura məsələsinə aydınlıq gətirildi

YENİ DƏYİŞİKLİK! “Malların təhvil-qəbul aktı” yoxsa Elektron qaimə-faktura məsələsinə aydınlıq gətirildi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Fərmanında maraqlı məqamlar mövcüddur.

Son dövrlərin ən çox müzakirə olunan məsələlərdən biri də, vergi ödəyicisinin malları təqdim edərkən hansı halda "Elektron qaimə-faktura" və ya " “Malların təhvil-qəbul aktı”  tərtib etməsi  idi. Bəzi mütəxəssislər hesab edirdilər ki, malların necə təqdim olunmasından asılı olmayaraq, mütləq olaraq “Malların təhvil-qəbul aktı”  sənədi tərtib olunmalıdır.   Prezidentin fərmanı ilə təsdiq olunan 4 (pərakəndə satış, topdansatış, istehsal və ictimai iaşə) sahə ilə qaydalarla bağlı dəyişiklərdə qeyd edilən məsələyə aydınlıq gətirilib.

Qaydalara edilən dəyişiklərə əsasən, Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən işgüzar adətlərdən irəli gələrək malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın ÇAP EDİLMİŞ forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. Yəni, vergi ödəyici malları təqdim edərkən, elektron qaimə-faktura üzrə maddi-məsul şəxslərin iştirakı ilə imzalanma həyata keçirirsə, o zaman “Malların təhvil-qəbul aktı”na ehtiyac olmayacaq.

Amma Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir. Əvvəlcədən sifariş edilməyən malların satışı dedikdə, əsasən ekspeditorlar tərəfindən malların öncədən sifariş olmadığı halda obyektlərə təhvil verilməsi başa düşülür. Bu zaman artıq vergi ödəyicisi “Malların təhvil-qəbul aktı”nın kağız formada təqdim edir və 5 gün ərzində “Elektron qaimə-faktura”nı təqdim etməlidir.

 "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi uçotu: A-dan Z-yə" kitabının təkmilləşdirilmiş ikinci nəşri yanvar ayından satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər