YENİLİK! Malların nisyə verilməsi rəsmi şəkildə qeyd olunacaq

YENİLİK! Malların nisyə verilməsi rəsmi şəkildə qeyd olunacaq

Vergi Məcəlləsinə təklif edilən dəyişik nəticəsində bu boşluq da aradan qaldırılacaq

Xəbər verdiyimiz kimi, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə təklif edilən dəyişiklər Milli Məclis tərəfindən təsdiqlənərək Prezidentin təsdiqi üçün təqdim edilib. Mks.az saytı olaraq bu dəyişiklər haqqında yazılar hazırlamışıq və 300-ə yaxın mühasib üçün seminar da təşkil etmişik. Bu yazımızda Vergi Məcəlləsinə təklif edilən daha bir maraqlı dəyişlik haqqında məlumat vermək istərdik.

Vergi Məcəlləsinə təklif edilən dəyişiklərdə nəzarət-kassa aparatının (NKA) çeklərində olan məlumatların sayı artırılır. Həmin dəyişikliyə əsasən, NKA çeklərində aşağıdakı məlumatlar da öz əksini tapacaq:
- ödənilmiş məbləğ;
- müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
- nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
- ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
- çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
- nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
- geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Əksər vergi ödəyiciləri iddia edirdilər ki, nisyə və ya bonus olaraq malların verdiyi hallarda NKA çekinin verilməsi həmin malları üzrə ödənişlərin qəbul olunması anlama gəlir və da uçot baxımdan müəyyən problemlər yaradır. Doğrudur, mallar nisyə vəya bonus olaraq verilməsi təqdim edilməsi anlamına gəlsə də, həmin malların məbləği nəğd şəkildə qəbul edilməyindən kassa çekinin təqdim olunması məsələsi boşluq yaradırdı. Vergi Məcəlləsinə təklif edilən dəyişik nəticəsində bu boşluq da aradan qaldırılacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər