Anar Bayramov POS terminalla bağlı maliyyə sanksiyalarına yenidən baxmağı təklif edir

Anar Bayramov POS terminalla bağlı maliyyə sanksiyalarına yenidən baxmağı təklif edir

Vergi məsələləri üzrə ekspert Anar Bayramov POS terminalla bağlı tətbiq olunacaq maliyyə sanksiyalarına münasibətdə maraqlı məqama toxunub: “Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, POS terminalların quraşdırılması məcburi olan obyektlərdə POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi məqsədi ilə maliyyə sanksiyaları tətbiq olunacaq.

Təqvim ili ərzində ilk dəfə POS terminalların quraşdırılmamasına və ya onu təqdim etməkdən imtina halına yol verdikdə sahibkarlıq subyektinə 1 000 manat, ikinci dəfə yol verdikdə 3 000 manat, üçüncü dəfə və daha artıq yol verdikdə 6 000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Vergi ödəyicisini maraqlandıran məqam ondan ibarətdir ki, ondan asılı olmayan səbəbdən POS terminal işləmədikdə, maliyyə sanksiyasının tətbiq olunması necə həyata keçiriləcək. Misal üçün, internet xidmətinin olmaması, POS terminala xidmət göstərən bankın əməliyyat sistemində problemlərin mövcud olması və digər obyektiv səbəbdən ödənişi nağdsız qəbul etmək mümkün olmadıqda vergi ödəyicisinə maliyyə sankiyası hansı əsasla tətbiq olunacaq? Təklifim ondan ibarətdir ki, nəzarət-kassa aparatının işləmədiyi halları tənzimləyən qaydalar POS terminalara da şamil olunsun.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər