Elektron qaimə-fakturaların ləğv edilməsi prosesində hansı dəyişikliklər olacaq? (22-ci yazı)

Elektron qaimə-fakturaların ləğv edilməsi prosesində hansı dəyişikliklər olacaq? (22-ci yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev qarşı tərəfin razılığı olmadan elektron qaimə-fakturaların ləğvi məsələsinə də münasibət bildirib: “Vergi orqanları da elektron qaimə-fakturanın ləğvi zamanı yaranan problemlər haqqında məlumatılıdır. 1 yanvar 2020-ci il tarixdən etibarən elektron qaimə-fakturanı göndərən şəxs qarşı tərəfin razılığı olmadan sənədi ləğv edə bilməyəcək. Vergi ödəyicisi razılıq verdiyi halda elektron qaimə fakturanın ləğvi prosesi həyata keçiriləcək. Vergi ödəyicisi elektron qaimə fakturanı ləğv etmək istədiyi, ancaq qarşı tərəfin razılıq vermədiyi halda sənəd ləğv edilməmiş hesab olunacaq. Yəni növbəti ildən bu problem öz həllini tapacaq.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər